Bakıda ticarət mərkəzinin qarşısında gənci odlu silahla öldürən şəxsin məhkəməsi başlayır
2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
"Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib", - deyə Firad Əliyev bildirib.
Oxşar xəbərlər
Bakıda 24 yaşlı oğlanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb
Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin sabiq rəisi həbs olunub
Səfərbərlik Xidmətinin İmişli şöbəsinin rəisi həbs olunub
Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













