On üç il əvvəl kirayə qaldığı evin sahibini öldürməyə görə tutulan, sonradan bəraət alan şəxs barədə qərar verilib
Zaqatalada 13 il əvvəl kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək həbs olunan, sonradan bəraət alan Polad İsmayılovun barəsində olan qərardan verilən kassasiya şikayətinə baxılıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Ali Məhkəmə onun haqqında bəraət qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, qətl hadiəsis 2011-ci ilin fevral ayında Zaqatalada baş verib. Sürücü işləyən 1973-cü il təvəllüdlü Polad İsmayılov Zaqatala rayonunda 61 yaşlı Seyran Əyyubovanın evində kirayədə yaşayıb. İttihama görə, istədiyi çarpayıda yatmağa icazə vermədiyi üçün təqsirləndirilən şəxs S.Eyyubovanı qətlə yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.İsmayılov qəsdən adam öldürməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
Sonradan Ali Məhkəmə qərarı ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.
Şəki Apellyasiya Məhkəməsi 4 il həbsdə olan P. İsmayılova bəraət verib. İş üzrə yenidən Ali Məhkəməyə müraciət olunub.
Oxşar xəbərlər
Təqsirsiz olduğu halda həbs olunan və dörd il sonra bəraət alan şəxs: “Mənəvi zərəri kim ödəyəcək?” - VİDEO
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verib
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













