Bakıda sıxlığın qarşısı alınması məqsədilə bəzi küçələrdə işıqforun yaşıl işığının müddəti artırılıb
sizinxeber.az xəbər saytı

Bakıda sıxlığın qarşısı alınması məqsədilə bəzi küçələrdə işıqforun yaşıl işığının müddəti artırılıb


Bakı yollarında nəqliyyat vasitələri ilə bağlı yaranan qəza şəraiti və ləngimənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə əməkdaşlar tərəfindən Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində olan svetoforun iş rejimi dəyişdirilib. Yəni Cəfər Xəndan küçəsindən düzünə və sola hərəkət edən nəqliyyat vasitələri üçün svetoforun təkrarlayıcısında yaşıl işığın müddəti 10 saniyə artırılıb. Bununla da Cəfər Xəndan küçəsindən kəsişməyə daxil olan sürücülərin burada əlavə vaxt itirməsinin qarşısı alınıb. Edilən dəyişiklik müsbət nəticə verib və nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Oxşar xəbərlər

Bakıda avtomobil işıqfora çırpılıb
NİİM: Bəzi sürücülər svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar
Bakıda avtomobil işıqfora çırpılıb - VİDEO
Bakıda qəza səbəbindən sıxlıq yaranıb
Bakıda piyada vurulması ilə nəticələnən qəza səbəbindən sıxlıq yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər