Zaqatalada restoran yanıb - YENİLƏNİB
Zaqatala şəhərində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 400 m² olan müxtəlif təyinatlı obyektlərdən (market, restoran, kafe, dönərxana və ofis kimi fəaliyyət göstərir) ümumi sahəsi 150 m² olan restoranın tavanı və dam örtüyünün yanar konstruksiyaları, restorana bitişik, ümumi sahəsi 70 m² olan marketin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 60 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
09.19
Zaqatalada restoranda yanğın baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala şəhəri. H. Əliyev prospekti 24 ünvanında fəaliyyət göstərən restoranın dam örtüyündən yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı dərhal alınıb.
Yanğın məhdudlaşdırılıb, tam söndürülmə prosesi gedir.
Oxşar xəbərlər
Neftçalada 4 otaqlı ev yanıb
Şabranda kolbasa sexi, Xaçmazda 6 boks yanıb
Bakıda saunada yanğın olub
Binəqədidə ev yanıb
Xaçmazda tikinti materialları sexi yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













