Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib.
Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Sizinxeber.az-ya məlumatı təsdiqləyib.
Məlumata görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin sabiq rəisi həbs olunub
N saylı hərbi hissənin xidmət rəisi həbs olunub
MN-in hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
