Tovuzda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Tovuzda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması və qəzaya toplaşan piyadaların avtomobillə vurulması nəticəsində 1991-ci il təvəllüdlü F.Tağıyev, 1992-ci il təvəllüdlü R.Həsənov, 1991-ci il təvəllüdlü C.Əliyev və 1984-cü il təvəllüdlü S.Mehdiyev xəsarət alıblar.
Qeyd edək ki, 2 avtomobilin toqquşması nəticəsində xəsarət alan Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Tovuz rayonunun Düz Cırdaxan kəndində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, avtomobillərin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Qəza baş vermiş ərazidə digər avtomobil isə piyadaları vurub. Hadisə nəticəsində bir neçə piyada xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tovuzda zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb
Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
