Ağstafada quldurluq etməkdə və avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb
Avqustun 15-də Ağstafa Rayon Polis Şöbəsinə rayonun Poylu qəsəbəsindəki evlərdən birinə 4 nəfər maskalı naməlum şəxslərin qanunsuz olaraq daxil olması, ev sahibinin əl-qolunu bağlayaraq oradan ümumi dəyəri 15.000 manat olan müxtəlif qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub.
APA-nın yerli bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Qaradağ rayon sakinləri, Cəfər Babayev, Sadiq Məmmədov, Bərdə rayon sakini Rəşad Nuriyev və Ağstafa rayon sakini Röyal İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa araşdırmalar zamanı şübhəli şəxslərin cinayəti törətdikdən sonra digər bir rayon sakininə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
