Hacıqabulda restorandan xırdabuynuzlu heyvanlar oğurlayan iki nəfər saxlanılıb - FOTO
sizinxeber.az xəbər saytı

Hacıqabulda restorandan xırdabuynuzlu heyvanlar oğurlayan iki nəfər saxlanılıb - FOTO


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, araşdırmalar zamanı onların restoranın həyətində olan tikilidən 13 baş xırdabuynuzlu heyvanları oğurladıqları məlum olub.

Onlar xırdabuynuzlu heyvanları Bərdə rayonunda satıblar. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər