Yaşmada dəniz kənarında 16 kq narkotik bağlaması aşkar olunub - FOTO
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sizinxeber.az-ya verilən məlumata görə. Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.
Bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.
Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Oxşar xəbərlər
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün 133 kq-a yaxın narkotik vasitə aşkar olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












