Kanala düşən avtomobilin sürücüsünün axtarışları davam etdirilir - YENİLƏNİB
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.
Sizinxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
10:14
Abşeronda avtomobil kanala düşüb.
Sizinxeber.az xəbər verir ki, hadisə Samur-Abşeron kanalının Şəfəq qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Abusət Əliyev yolda hərəkətdə olarkən idarəetməni itirərək kanala düşüb.
Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb.
Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
Axtarışlar davam etdirilir.
Oxşar xəbərlər
Abşeronda kanala düşən avtomobil sudan çıxarılıb, sürücü tapılmayıb
Avtomobil Samur-Abşeron kanalına düşüb, sürücünün axtarışları davam etdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
