Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib  - YENİLƏNİB 1
sizinxeber.az xəbər saytı

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB 1


Yanğın 16 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, yanğın nəticəsində 5 ədəd sayğac və liftin idarəetmə lövhəsi yanıb.

Eyni zamanda, binanın qarajında dayanmış "Mitsubishi" markalı minik avtomobilinin ön hissəsi yanıb.

10 nəfər bina sakini təxliyə edilib. 2 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

***

07:34

Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

06:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Oxşar xəbərlər

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər