Qubada qəzada xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qubada qəzada xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB


Aprelin 20-də Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, z
ərərçəkənlərə bazu sümüyünün və bədənin müxtəlif nahiyələrinin sınığı, qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin sıyrılmış yarası, döş qəfəsinin küt travması, koma vəziyyəti, bədənin müxtəlif nahiyələrinin diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində, 1980 və 1983-cü il təvəllüdlü şəxslərin müalicələri Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Daha bir nəfər, vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.




***
18:39

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın bölgə müxbirinin məlumatına görə, hadisə Quba-Dəlləkli kənd yolunda qeydə alınıb. "Chevrolet" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova

Oxşar xəbərlər

Şabranda minik və yük avtomobilləri toqquşub, yaralananlar var - FOTO
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Qubada yük və minik maşınları toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Cəlilabadda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər