Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib
sizinxeber.az xəbər saytı

Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib


Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Sizinxeber.az”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, o, 19 il müddətə azadlıqdan məhrum edilib. Rəşad Abbasov cəzasının 3 ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabr ayında baş verib.

İttihama görə, Rəşad Abbasov şəxsi münasibətlər zəmnində dayısı Elyar Hüseynovu və onun həyat yoldaşı Ulduz Hüseynovanı bıçaqlayıb. Onlardan Ulduz Hüseynova ölüb.

R. Abbasova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.4, 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Oxşar xəbərlər

Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Gəncədə bacısını müğənni olduğu üçün qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük cəza verilib 
Füzulidə həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər