sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb, xəsarət alanlar var
İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.
"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.
Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.
Oxşar xəbərlər
İsmayıllıda avtomobil körpüdən aşıb, xəsarət alanlar var
İsmayıllıda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
Kürdəmirdə mikroavtobus aşıb, beş nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













