Ağdərədə yanğının geniş əraziyə yayılması müşahidə olunur - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Ağdərədə yanğının geniş əraziyə yayılması müşahidə olunur - YENİLƏNİB-2


Ağdərə rayonu ərazisindəki dağlıq meşəlik ərazidə başlayan yanğın hələ də davam edir.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və helikopterlər cəlb olunsa da, yanğını tam nəzarət altına almaq mümkün olmayıb. Hazırda yanğınların geniş əraziyə yayılması müşahidə olunur.

16:34

Ağdərə rayonu ərazisində yanğının baş verdiyi əraziyə helikopterlər cəlb edilib.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, Suqovuşan kəndi yaxınlığında gecə saatlarında başlayan yanğın söndürülüb.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və üç helikopter cəlb olunub.

Hazırda dağ massivindəki meşəlik ərazidə yanğınların söndürülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

09:45

Ağdərə rayonunda meşədə yanğının söndürülməsinə helikopter cəlb olunub.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib və yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsinə keçib.

Ona görə də əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Oxşar xəbərlər

Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olunub
Ağdərədə meşə massivində yanğın başlayıb
Üç rayonda yanğının söndürülməsinə helikopterlər və xeyli sayda yanğınsöndürən cəlb edilib
Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir
Azad olunmuş ərazilərdə başlayan yanğın meşə massivinə keçib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle