Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub
sizinxeber.az xəbər saytı

Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub


Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, FHN-nin əraziyə cəlb edilən yanğınsöndürən əməkdaşları rayonun Əliağalı kəndində yayılan alovun kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.

Oxşar xəbərlər

Ağdam və Ağdərədəki yanğın nəzarətə götürülüb - YENİLƏNİB
FHN: Ağdam və Ağdərədə açıq ərazidə yanğın nəzarətə götürülüb
Ağdam və Ağdərədəki yanğının söndürülməsinə iki helikopter cəlb olunub
Xocavənddə yanğın olub, əraziyə helikopterlər cəlb edilib
Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle