Qabil Məmmədovun məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Qabil Məmmədovun məhkəməsi başlayıb


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, hazırda xaricdə yaşayan bloger Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 16-na təyin edilib.

Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb. İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Qabil Məmmədova bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib.

Oxşar xəbərlər

MN-in Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Qaçaqmalçılıqda təqsirli bilinən 3 "Duty free" işçisinin məhkəməsi başlayıb
MN-də 143 milyonluq mənimsəməyə görə tutulan xidmət rəisinin məhkəməsi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle