sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Leysan xarakterli yağış nəticəsində Astarada elektrik dirəkləri aşıb, iki inəyi cərəyan vurub - FOTO - VİDEO
Astarada sakinlərin inəklərini cərəyan vurub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, leysan xarakterli yağış nəticəsində Astara rayonunun ucqar dağ kəndi, Pəlikeş ərazi vahidliyinə daxil olan Diqoli kəndindən keçən 10 kv-luq elektrik dirəkləri aşıb. Elektrik naqilləri kənd sakinləri Xanəhməd Şabanov və Elsevər Hüseynova məxsus inəklərin üstünə düşərək öldürüb. Sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.
Hazırda əraziyə texnika cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Qeyd edək ki, bölgədə yağışlı hava şəraiti davam edir.
Oxşar xəbərlər
Astarada leysan elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub
Azərbaycanda bəzi yerlərdə güclü yağış yağır - FAKTİKİ HAVA
Leysan yağışları Şəkinin bir sıra kəndlərində fəsadlar törədib
Şənbə günü leysan yağacaq, dolu düşəcək - PROQNOZ
Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













