Şənbə günü leysan yağacaq, dolu düşəcək - PROQNOZ
İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
Oxşar xəbərlər
Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahın hava proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakıda hava yağmursuz keçəcək, bölgələrdə isə leysan yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












