Bakıda bir neçə yolda təmirlə bağlı hərəkətə məhdudiyyət qoyulub - SİYAHI
Hazırda aidiyyəti qurumlar tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və bununla əlaqədar bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
NİİM bununla bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və bununla əlaqədar bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Təmir səbəbindən avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:
1. Xətai rayonu, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsi, “City Park Mall” -un qarşısı;
2. Nərimanov rayonu, Akademik Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissə, hər iki istiqamətdə;
3. Nərimaov rayonu, Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsi, Əliyar Əliyev küçəsi istiqamətində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.
Təmir işləri aparılan küçə və prospektlər:
1. Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Binəqədi rayonu, Binəqədi şosesi və Baksol yolunun kəsişməsi, Binəqədi qəsəbəsi istiqamətində;
3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi keçmiş “Şəki” restoranı dairəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;
5. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsi, hər iki istiqamətdə;
6. Binəqədi rayonu, Zəngəzur küçəsi ilə Binəqədi şosesinin kəsişməsində;
7. Yasamal rayonu, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsində;
8. Binəqədi rayonu, Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində təmir işləri aparılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bu səbəbdən yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkət intensivliyinin artırılması üçün yol polisi ilə birgə zəruri tədbirlər görür. Sürücülərə qeyd olunan küçə və prospektlərdə aparılan təmir işlərini əvvəlcədən nəzərə almaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə edilir.
Oxşar xəbərlər
Bakıda bir neçə yolda təmirlə bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - FOTO
Paytaxtın əsas prospektlərindən birində təmir işləri aparılır, hərəkətə məhdudiyyət qoyulub
Bakıda məhdudiyyət qoyulan və təmir edilən yollarla bağlı müraciət edilib - SİYAHI
Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
NİİM Bakıda təmir işləri aparılan yolları açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
