Göygöldə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
sizinxeber.az xəbər saytı

Göygöldə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb


Fövqəladə Hallar Nazirliyi (FHN) təhlükəsizlik qaydalarını pozmuş maye qazdoldurma məntəqəsinin istismarını məhdudlaşdırıb.

Bu barədə "Sizinxeber.az"a FHN-dən məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fərdi sahibkar Qoçuyev Elşən Fəxrəddin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, dövri olaraq tam texniki müayinəsinin keçirilmədiyi, həmçinin tutumun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsindəki tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Oxşar xəbərlər

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - VİDEO
Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Ağcabədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Göygöl şəhərində maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər