Baş Prokurorluğun idarə rəisi: Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb
sizinxeber.az xəbər saytı

Baş Prokurorluğun idarə rəisi: Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb


Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair iyulun 2-də keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan vətəndaşlarını Rusiyanın hüquq-mühafizə orqanlarının qətlə yetirməsi faktı ilə bağlı araşadırma başlanılıb:

"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Həmin vaxt onlara ağır xəsarətlər yetirilib. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb".

Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov həmçinin vurğulayıb ki, Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində işgəncəyə məruz qalıb:

"İstintaq zamanı zərərçəkən şəxslərin yaxınları zərərçəkən kimi tanınıb. Saxlanılan şəxslərlə bağlı əməliyyat istintaq hərəkətləri keçirilib. Ziyəddin Səfərov iyunun 27-də yaşadığı evdən çıxarılıb, həmin vaxt onun üzərində xəsarət izi olmayıb. O, evdən çıxarılandan Rusiyanın hüquq-mühafizə orqanlarının işgəncəsinə məruz qalıb".

Oxşar xəbərlər

İdarə rəisi: Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı geniştərkibli istintaq qrupu yaradılıb
Rusiya DİN: Dağıstanda terrorçuların hücumu zamanı hüquq-mühafizə orqanlarının 6 əməkdaşı ölüb, 12-si yaralanıb
Rusiyada döyülən və saxlanılan azərbaycanlıların ADLARI
İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb
Muxtar Babayev: Hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin artırılması ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle