Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb
sizinxeber.az xəbər saytı

Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb


İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağdamda polis əməkdaşı minaya düşüb
Ağdam sakini minaya düşüb
Qarabağda daha bir nəfər minaya düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər