Bakıya oğurluq etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıya oğurluq etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb


Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Zərərçəkən polisə müraciət edərək mənzilindən 1300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları - 46 yaşlı Aleksandria Kakhaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Davıtı və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar.

Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq “izi” itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları saxlanılıb
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb
Sumqayıtda evlərdən 16 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Sabunçuda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər