Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb


Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar -  25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.

Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edilib - VİDEO
Bakıda maskalı şəxslər 7 marketdən 42 min manatlıq oğurluq edib - VİDEO
Bakıda 7 marketdən 42 min manatlıq oğurluq edən maskalı şəxslər saxlanılıb
Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb
Bakıda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər