sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda mağazadan 34 min manatdan çox pul oğurlayan maskalı şəxs saxlanılıb
Bakının Nəsimi rayonunda kamuflyaj olunaraq mağazanın anbarındakı kassadan 34 min 600 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Sizinxeber.az" xəbər verir ki, naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq mağazanın anbarına daxil olub və gizlənərək gecə saatlarına qədər orada gözləyib.
Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34600 manat pul vəsaitini oğurlayıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda mağazadan 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 26 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs tutulub
Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir
Bakıda bir nəfərin 15 min manatı dələduzluq yolu ilə ələ keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













