Bakıda quldurluq edən maskalı şəxs saxlanılıb - VİDEO
Nizami rayonunda tibbi maska ilə kamuflyaj olunaraq quldurluq edən şəxs saxlanılıb.
APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, paytaxtın Nizami rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs üzünü gizlətmək üçün tibbi maska ilə kamuflyaj olunaraq əvvəlcə vətəndaşların birini təqib edib və onun bankomatda pul vəsaitini nağdlaşdırmasını gözləyib. Daha sonra insanların sıx olmadığı bir ərazidə ona yaxınlaşaraq fiziki güc tətbiq edib və zərərçəkənə məxsus mobil telefon, içərisində 745 manat nağd pul, bank kartı, şəxsiyyət vəsiqəsi olan cüzdanı ələ keçirib.
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər də məhkum olunmuş 28 yaşlı Ramin Tağıyev saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda quldurluq edən maskalı şəxslər saxlanılıb
Sabunçuda quldurluq hadisəsi qeydə alınıb
"Şərab evi"ndə satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanılıb - VİDEO
Abşeronda mağazada satıcıya qarşı quldurluq edilib
Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













