Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb


Naxçıvanda sosial şəbəkədə qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

Araşdırma zamanı E.Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda qadın adları ilə profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb
Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb
Naxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Naxçıvanda işə düzəltmək adı ilə bir neçə nəfəri aldadan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər