Sosial şəbəkədə saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb
Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb.
APA DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb.
Suraxanı rayonunda isə paytaxt sakininin bank kartından 4720 manatını oğurlayan 42 yaşlı R.Cəfərzadə də saxlanılıb.
Araşdırmalar aparılır.
"Bir daha qeyd edək ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur", DİN-in məlumatında deyilir.
Oxşar xəbərlər
Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb
Bank kartından pul oğurlayan şəxslər saxlanılıb
Bank kartından 2500 manatdan çox pul oğurlayan kişi və qadın saxlanılıb
Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda bank kartlarından 25 min manat oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













