sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluya zəng edib.
Axar.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında yazıb.
"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!" - deyə nazir bildirib.
Qeyd edək ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib
Ceyhun Bayramov Mövlud Çavuşoğlunun hücuma məruz qalan qardaşına şəfa diləyib
Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığı vermək üçün Alanyaya gedib
Çavuşoğlunun qardaşı güllələndi
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

