Ceyhun Bayramov Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib
"Report" xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı, Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!", - deyə o qeyd edib.
Xatırladaq ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. İş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.
Oxşar xəbərlər
Ceyhun Bayramov Mövlud Çavuşoğluya başsağlığı vermək üçün Alanyaya gedib
Çavuşoğlunun qardaşı güllələndi
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
