

Samir Boundinar: Gənclərin islamofobiya ilə mübarizədə təsir imkanlarını genişləndirmək lazımdır
İslamofobiya ilə mübarizədə gənclərin əvəzsiz rolu var. Onlar bu mübarizədə ideya və təşəbbüslər irəli sürür, onları həyata keçirmək üçün addımlar atırlar.
“Report” xəbər verir ki, bunu Əl-Hokama Sülh Araşdırmaları Mərkəzinin direktoru, Müsəlmanların İcra Aparatının üzvü Samir Boundinar Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransın panel sessiyasında deyib.
Onun sözlərinə görə, gənclərin islamofobiya ilə mübarizədə təsir imkanlarını genişləndirmək üçün addımlar atılmalıdır:
"İslamofobiya şüurlu şəkildə yaradılıb və təkcə müsəlmanlara mənfi təsir etmir. Bu, bütün insanlıq üçün təhdiddir. Gənclərin bu sahədə rolunu artırmaq üçün Qərb ölkələrində islamofobiyanın hansı formalarından istifadə olunduğuna dair ictimai rəy sorğuları keçirilməli və hüquqi yanaşmaya da yer verilməlidir. İslamofobiya ilə mübarizədə hüquqi yanaşma önəmli və həlledici rol oynayır".
S.Boundinar qeyd edib ki, gənclər üçün Qərb cəmiyyətlərində çətinliklər mövcuddur:
"Qərb ölkələrində sözügedən mövzu ilə bağlı yetərincə çətinliklər var və gənclər bu çətinliklərdən əziyyət çəkirlər. İnstitutlar daxilindən gənclərin bu mübarizəyə cəlb olunması xüsusi önəm daşıyır".
Oxşar xəbərlər
Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir
Yunanıstan nümayəndəsi: İslamofobiya cəmiyyətin bütün təbəqələrinə nüfuz edən zəhərdir
Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
Məhəmməd bin Əbd Rabbo əl-Yami: İƏT islamofobiya ilə mübarizəyə xüsusi əhəmiyyət verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
