Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılar təyin edilib
sizinxeber.az xəbər saytı

Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılar təyin edilib


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması münasibətilə Qazılar Şurasının toplantısı keçirilib.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlayıb.

Toplantıda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının Naxçıvan və Xaçmaz bölgələri üzrə yeni qazılarının namizədliyini təqdim edib.

Orucov Əli Məhərrəm oğlu və Məmmədəliyev Vəli Tağıbəy oğlu səsverməyə çıxarılaraq qazı vəzifəsinə seçiliblər.

Daha sonra iclas yenilənmiş tərkibdə işini davam etdirib.

Oxşar xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə sabah Özbəkistana səfər edəcək
Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək
Allahşükür Paşazadə Patriarx Kirillə Qarabağ xalçası bağışlayıb
Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin rəhbərinə Qarabağ xalçası bağışlayıb
Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər