Ramin Məmmədov: Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirəcək ideyalar öyrənilməlidir
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirəcək ideyalar öyrənilməlidir


Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirməyə imkan verən ideyalar öyrənilməlidir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda keçirilən “Dövlət-din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” konfransındakı çıxışında deyib.

O bildirib ki, xüsusilə indiki geosiyasi reallıqlar qarşımızda duran vəzifələri daha dərindən təhlil etməyə sövq edir.

“Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr bir çox siyasi dairələri narahat edir. Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 ərəfəsində ölkəyə qarşı aparılan kampaniyalar buna əyani sübutdur. Təzyiqlərə, qarayaxmalara baxmayaraq, Azərbaycan COP29-un ən yüksək səviyyədə təşkilinə nail oldu”.

Komitə sədri qeyd edib ki, mövcud şəraitdə qlobal çağırışların nəzərə alınması vacibdir:

“Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Biz yeni bir dövrün astanasındayıq. Ona görə də mövcud riskləri qiymətləndirərkən və əldə olunan uğurları təhlil edərkən qlobal çağırışları, geosiyasi reallıqları nəzərə almalıyıq.

Hesab edirəm ki, bu konfransın əsas məqsədi tarixi nailiyyətimiz olan dövlət-din münasibətləri modelini indiki şərtlərdə belə qoruyub möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir”.

Oxşar xəbərlər

Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda dövlət-din münasibətləri və qlobal çağırışlara həsr olunan konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər