Ramin Məmmədov: Dinlərarası dialoqu və İslam həmrəyliyini dəstəkləyən Azərbaycanın təcrübəsi önəmlidir
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinlərarası dialoqu və İslam həmrəyliyini dəstəkləyən, bu prosesdə aktiv iştirak edən Azərbaycanın nümunəvi təcrübəsi önəmlidir.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyə Cümhuriyyəti İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz ilə görüşündə deyib.
Görüş zamanı Dövlət Komitəsinin sədri iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərdən bəhs edərək, Azərbaycan və Türkiyəni qardaşlıq əlaqələrinin inkişafına yönəlmiş iradə və əzmkarlığın birləşdirdiyini qeyd edib.
Komitə sədri bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram mövcuddur, mədəniyyətlər dialoqun inkişafı, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.
İbn Xaldun Universitetinin Himayəçilər Şurasının sədri İrfan Gündüz Azərbaycanın birgəyaşayış mühitinin qorunub-saxlanılmasına göstərdiyi diqqəti, dinlər arasında ünsiyyət platformasının daha da dərinləşdirilməsi istiqamətindəki töhfələrini qeyd edib. Qonaq, həmçinin gənc nəslin mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyəsinin önəmindən danışıb.
Görüşdə, eyni zamanda Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Almaniya yığmasının türkiyəəsilli sabiq üzvü, dünya çempionu Məsud Özil, Erkam Radio-Tv yayım şirkətinin direktoru Murat Karaman iştirak ediblər.
Oxşar xəbərlər
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov Bibiheybət ziyarətgah kompleksində din xadimləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov: Azad edilmiş ərazilərdə dini-tarixi abidələrin bərpası ilə bağlı layihələr həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













