Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin diqqətinə!
sizinxeber.az xəbər saytı

Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin diqqətinə!


Paytaxt ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

“Sizinxeber.Az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

1. Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib;

2. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub;

3. Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib
NİİM: Yanğına görə Zığ şosesi-Aeroport yolu istiqamətində məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib
Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle