Gənc müşahidəçi: Seçki məntəqələrində səsvermə prosesini izləmək üçün hər bir şərait yaradılıb
Türkiyədə təhsil alıram və üçüncü kurs tələbəsiyəm. Fəal gənc kimi bir çox könüllü təşkilatlarının üzvüyəm. Azərbaycan Könüllü Təşkilatları İttifaqından məntəqəyə müşahidəçi olaraq göndərilmişəm.
Bunu AZƏRTAC-a açıqlamasında 7 saylı Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvü Ləman Əzizova deyib. O qeyd edib ki, məntəqələrdə müşahidəçilərə səsvermə prosesini daha yaxından izləmək üçün hər bir şərait yaradılıb.
“Mən sevinc içindəyəm. İlk dəfədir ki, Milli Məclisə seçkilər ərazi bütövlüyünü tam bərpa etmiş müstəqil Azərbaycanda keçirilir. Bu gün seçicilər Qarabağda, o cümlədən Şuşada, Xankəndidə səs verirlər. Bundan böyük xoşbəxtlik nə olar bilər?
Bir gənc, bir Azərbaycan vətəndaşı olaraq qürur duyuram ki, vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlarımızda müstəqil dövlətin azad vətəndaşı kimi səsvermədə iştirak edirlər”, - deyə Ləman Əzizova fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
MDB-dən olan müşahidəçilər: Azərbaycan vətəndaşlarının bütün seçki hüquqları tam şəkildə həyata keçirilir
Laçın sakinləri doğma yurdlarında səs verirlər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
