Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
dek
2023
17:51

Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ

14 dek, 2023
17:51
1 373

Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ

Sabah saat 08:00-dan dekabrın 19-u saat 22:00-a qədər Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısında, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın