Sizinxeber.az » Cəmiyyət » Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

Yol polisi sürücülərə MÜRACİƏT ETDİ

"Son zamanlar avtomobil yollarında mühərrikin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir".

Sizinxəbər.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumatda deyilir ki, hesablamalara görə ölkəmizdə atmosferə atılan çirkləndirici maddələrin təxminən 88 faizi məhz avtomobillərdən atılan tullantıların payına düşür. Nasaz nəqliyyat vasitələrinin istismarı havanı çirkləndirməklə yanaşı, həm də tez-tez yollarda tıxacların yaranmasına və ağır yol qəzalarına da səbəb olur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı elan edir.

Bununla əlaqədar, nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq tövsiyə olunur.

Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !