Tərlan Səfərov: “Bakıda avtobus zolaqları təxminən 1 milyon nəfərə xidmət edir”
sizinxeber.az xəbər saytı

Tərlan Səfərov: “Bakıda avtobus zolaqları təxminən 1 milyon nəfərə xidmət edir”


Bakıda 111 km uzunluğunda avtobus zolaqları yaradılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin rəhbəri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

"Bakıda qısamüddətli nəticələrə nail olmaq məqsədilə avtobus zolaqları təşkil edilib. Ümumilikdə 37 küçə və prospektdə uzunluğu 111 km-dən çox olan belə zolaqlar yaradılıb. Bu, sərnişinlərin yola sərf etdiyi vaxtı əhəmiyyətli dərəcədə azaldıb. Bu gün avtobus zolaqları təxminən 1 milyon nəfərə xidmət edir ki, bu da səyahət müddətini əhəmiyyətli dərəcədə azaltmağa və orta sürəti artırmağa imkan verib", - o qeyd edib.

Oxşar xəbərlər

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək
AYNA: Bakı–Sumqayıt istiqamətində yeni marşrutlar 25 mindən çox insanın daşınmasını təmin edib
Zolaqlarla hərəkət edən avtobuslarla gün ərzində 900 minə yaxın sərnişin daşınıb
AYNA: Bu il özəl daşıyıcılar Bakıya 100-dən çox avtobus gətirəcək
Bakının 29 küçə və prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər