Azərbaycan qızıl istehsalını 75 %-dən çox artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan qızıl istehsalını 75 %-dən çox artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda 749,4 kq qızıl, 1 135,9 kq gümüş istehsal edilib.

Bu barədə “Sizinxeber.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qızıl istehsalı 2024-cü ilin ilk rübü ilə müqayisədə 75,3 %, gümüş istehsalı isə 35,3 % artıb.

Ötən 3 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 531,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 9,8 dəfə çoxdur.

Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.

Oxşar xəbərlər

Bu il Azərbaycanda qızıl istehsalı 6 %-ə yaxın artıb
Azərbaycanda kolbasa istehsalı 11 % artıb
Ölkədə 9 ayda 1,7 tondan çox qızıl istehsal edilib
Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
Azərbaycanda səkkiz ayda 1,5 tona yaxın qızıl istehsal edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər