MSN-in hazırladığı bombası ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
sizinxeber.az xəbər saytı

MSN-in hazırladığı bombası ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub


Müdafiə Sənayesi Nazirliyinin hazırladığı QFAB-250 LG aviasiya bombası Türkiyənin ASELSAN şirkətinin hazırladığı LGK (Lazer Güdüm Kiti – tərc. lazer tuşlama dəsti) ilə şərti hədəfə yüksək dəqiqliklə zərbə endirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə hərbi korporasiyanın sosial şəbəkə hesabında qeyd olunub.

“Texnologiya sahəsində əməkdaşlıq. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış QFAB-250 LG Bombası ASELSAN tərəfindən hazırlanmış LGK ilə hədəfi yüksək dəqiqliklə vurub”, – paylaşımda nəql edilib.

Qeyd edək ki, ASELSAN (Askeri Elektronik Sanayi – tərc. Hərbi Elektron Sənaye) şirkəti Türkiyənin aparıcı müdafiə sənayesi korporasiyasıdır. Onun əsas fəaliyyət sahəsi hava, quru və dəniz qüvvələri üçün qabaqcıl hərbi məhsulların tədqiqi, tərtibatı və istehsalıdır. Şirkət Türkiyə Silahlı Qüvvələrinin əsas podratçılarından biridir.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-ın lazer sistemləri hipersəs silahlarına qarşı yaramır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"ADEX 2024" sərgisində iştirak edəcək Türkiyə şirkətlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyəti geosiyasi prosesləri dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər