Azərbaycan qonşu ölkələrə yük avtomobilləri ixrac edəcək
Azərbaycanda istehsal olunacaq "Iveco" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-Import" MMC-nin təsisçisi Samir İbadullayev bildirib.
Onun sözlərinə görə, il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsal ediləcəyi müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir:
"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılmasına başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, bunun 6 milyon manatdan çoxu artıq xərclənib", - deyə iş adamı qeyd edib.
Oxşar xəbərlər
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
