Azərbaycana 1.5 milyondan çox smartfon idxal edilib
sizinxeber.az xəbər saytı

Azərbaycana 1.5 milyondan çox smartfon idxal edilib


2024-cü ilAzərbaycana 439 milyon 952 min ABŞ dolları dəyərində 1 milyon 509 min 802 ədəd smartfon idxal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, əvvəlki ilmüqayisədə bu göstərici say baxımından 19.2% və ya 242 min 763 ədəd, dəyər baxımından isə 31.6% və ya 105.6 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü il ərzində ölkəyə 334 milyon 346.8 min dollar dəyərində 1 milyon 267 min ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 495.4 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 448.6 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (1 200 754 ədəd), Vyetnamdan (229 799 ədəd), Hindistandan (74 658 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 225 ədəd ), Birləşmiş Ərəb Əmirliklərindən ( 416 ədəd) gətirilib. Bu məhsul Çindən 476.7 manata, Vyetnamdan 582.5 manata, Hindistandan 450 manata, Amerika Birləşmiş Ştatlarından 1925 manata, Birləşmiş Ərəb Əmirliklərindən isə 816.7 idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 225.5 min ABŞ dolları dəyərində 1203 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (610 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 318.6 manat təşkil edib.

Oxşar xəbərlər

Azərbaycana 8 ayda 900 mindən çox smartfon idxal edilib
Azərbaycana 1.3 milyona yaxın smartfon idxal edilib
Azərbaycana 10 ayda 1.2 milyona yaxın smartfon idxal edilib
Azərbaycan ötən il avtomobil idxalına 1.8 mlrd. dollar pul xərcləyib
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər