Azərbaycan ötən il avtomobil idxalına 1.8 mlrd. dollar pul xərcləyib
sizinxeber.az xəbər saytı

Azərbaycan ötən il avtomobil idxalına 1.8 mlrd. dollar pul xərcləyib


2024-cü ildə Azərbaycana ümumilikdə 1 milyard 844 milyon 157 min dollar dəyərində 91 838 ədəd avtomobil idxal olunub.

Bu barədə “Sizinxeber.az-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

2023-cü illə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4.3% və ya 4 133 ədəd azalıb, dəyəri isə 9.7% və ya 163.5 milyon dollar artıb. Əvvəlki ildə Azərbaycana 1 milyard 680 milyon 652 min dollar dəyərində 95 971 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 3027 ədəd, hibrid mühərrikli avtomobillərinin sayı isə 10 382 təşkil edib.

Oxşar xəbərlər

Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib
Azərbaycana 11 ayda 83 minə yaxın avtomobil idxal edilib
10 ayda Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər