

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir
İsmayıllı rayonunda inşa edilmiş Talıstan Liseyi ən müasir tələblərə cavab verir.
"Report"un İsmayıllıya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi ölkədə elm və təhsilin inkişafına töhfə verməkdir:
“Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən ölkənin Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında bir çox sahələrdə uğurlu layihələr həyata keçirib. Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də sözsüz ki, elm və təhsil sahəsidir. Bu çərçivədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına start verilib.
Bəhs olunan proqram çərçivəsində ölkənin bütün ərazisində, hətta ucqar dağ kəndlərində belə yeni məktəb binaları tikilərək tam müasir avadanlıqlarla təchiz olunub. Ehtiyac olduğu hallarda mövcud məktəblər əsaslı təmir və bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həyata keçirilən son layihələrimizdən biri də dövlət başçısının iştirakı ilə açılışı keçirilən Talıstan Liseyidir.
1296 yerlik məktəb dörd mərtəbə və beş korpusdan ibarətdir. Liseydə kimya, biologiya, fizika laboratoriyaları, informatika otağı, kitabxana, yeməkxana, idman zalı və 300 nəfərlik akt zalı fəaliyyət göstərir. Qeyd edim ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu proqramın əsas məqsədi ölkədə elm və təhsilin inkişafına töhfə vermək, şagirdlərin, gənclərin sağlam və keyfiyyətli şəraitdə təhsil almasına nail olmaqdır”.
Oxşar xəbərlər
Mehriban Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə aparılan təmir-bərpa işləri ilə tanış olub
İsmayıllıdakı internat tipli “Talıstan” liseyinə media-tur təşkil olunub - FOTO
Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO
Prezident İsmayıllıda “Talıstan” liseyinin binasının açılışında iştirak edib - FOTO - YENİLƏNİB
Birlik təmsilçisi: “Zəkaların mübarizəsi” gənc nəslin potensialının artırılmasına mühüm töhfə verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
