Üzdəki qızartıların səbəbi nədir?
Dəri problemləri yalnız estetikaya deyil, həm də insanın ümumi həyat keyfiyyətinə təsir edən əhəmiyyətli bir sağlamlıq problemidir.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, “rozasea” bu dəri problemlərindən biridir. Erkən diaqnoz qoyulmasa və müalicə olunmasa, bu xəstəlik xroniki hala gələ bilər.
“Rozasea” adətən 30 yaşdan sonra ortaya çıxan və üz nahiyəsində qızartı, çıxan kapilyarlar, sızanağabənzər formasiyalar və ödem kimi simptomlarla özünü göstərən bir dəri xəstəliyidir. Alın, burun, çənə və yanaqlar kimi nahiyələrə təsir edə bilən bu vəziyyət insandan insana dəyişər.
Lakin ən çox görülən simptomlar bunlardır:
Üzün qızartısı və iltihabı, qan damarlarında nəzərəçarpacaq dərəcədə artım, sızanağabənzər lezyonlar, üzün şişməsi və ödemi, dəri səpgiləri və rəng dəyişikliyi, yanma hissi və dərinin həddindən artıq quruluğu.
Səbəblər:
“Rozasea”nın dəqiq səbəbləri tam məlum olmasa da, müəyyən infeksiyalar, dərmanlar, genetik meyl, hormonal dəyişikliklər və immun sistemi pozğunluqları kimi amillərin xəstəliyi artırdığı düşünülür. Xüsusilə, herpes simplex virusu (HSV), sitomeqalovirus (CMV) və mikoplazma kimi virus və bakterial infeksiyalar xəstəliyin başlanğıcında rol oynaya bilər. Bundan əlavə, antibiotiklər, qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP) və antiepileptiklər kimi bəzi dərmanlar da “rozasea”ya səbəb ola bilər. Genetik amillərin xəstəliyin inkişafında təsirli ola biləcəyini göstərən tədqiqatlar olsa da, bu mövzuda hələlik qəti bir dəlil yoxdur. Xüsusilə hamiləlik dövründə hormonal dəyişikliklərin xəstəliyin başlanğıcında rol oynadığı düşünülsə də, immun sistemi və ya immunosupressiya ilə əlaqəli xəstəliklər də onun inkişafına meylli ola bilər. Bundan əlavə, dəri zədələnmələri və ya dərman reaksiyaları da “rozasea”ya səbəb ola bilər. Müalicə edilməzsə, “rozasea” ciddi fəsadlara səbəb ola bilər və insanın sosial həyatına mənfi təsir göstərə bilər. Buna görə də, hər hansı bir simptom hiss edən kimi dərhal dermatoloqa müraciət etmək vacibdir.
Oxşar xəbərlər
Azərbaycanın Türkiyədən dəri idxalına çəkdiyi xərci 27 %-dən çox azalıb
Hər gün bir fincan cökə çayı içməyin möcüzəvi təsirləri
Məşhur antibiotiklərin insan həyatı üçün yaratdığı təhlükə açıqlanıb
Qalxanabənzər vəzi xəstəliyinin səbəbləri
Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
