

ÜST ölkələri pandemiya sazişi qəbul ediblər
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr mayın 19-dan 27-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyasında pandemiya ilə mübarizə üzrə sazişin qəbul edilməsinə səs verib.
“Sizinxeber.az” xəbər verir ki, iclasda iştirak edən 124 üzv ölkə sazişin lehinə, 0 nəfər isə əleyhinə səs verib.
İsrail, İran, İtaliya, Polşa, Rusiya və Slovakiya da daxil olmaqla 11 ölkə bitərəf qalıb. Müqavilənin təsdiqlənməsi üçün 83 səs çoxluğu tələb olunub.
“Reuters”in məlumatına görə, saziş layihəsi mayın 20-də Ümumdünya Səhiyyə Assambleyasının plenar sessiyasında rəsmi olaraq qəbul ediləcək.
Qeyd edilib ki, onun qüvvəyə minməsi patogenlərin mübadiləsinə dair əlavə razılaşdırılana qədər iki il gecikdirilə bilər, bundan sonra dövlətlər sazişi ratifikasiya etməli olacaqlar.
Pandemiya ilə mübarizə üzrə saziş gələcək pandemiya təhdidlərinin qarşısının alınması və cavab tədbirlərinin görülməsində qlobal əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Müqavilə layihəsinə əsasən, ÜST ölkələri patogenlərə çıxış və faydaların bölüşdürülməsi sistemi yaratmağı və peyvəndlərin, testlərin və pandemiya ilə əlaqəli digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyanın ötürülməsində bir-birinə kömək etməyi öhdəsinə götürür.
Razılaşma həmçinin inkişaf etməkdə olan ölkələrə yardım göstərmək üçün maliyyə koordinasiya mexanizminin yaradılmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.
Oxşar xəbərlər
ÜST rəhbəri: Yeni pandemiya baş verəcək
Bakı bu tədbirə ev sahibliyi edəcək
Almaniya Ümumdünya Səhiyyə Təşkilatını maliyyələşdirmək üçün 360 milyon avro ayıracaq
AK Çindəki virusla əlaqədar Avropada pandemiya riski görmür
"Lloyd's of London": Yeni pandemiya 13,6 trilyon dollar iqtisadi itkilərə səbəb ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
