Şahin Bayramov: Qarabağ Universitetində tibb fakültəsinin işini gücləndirmək istəyirik
Qarabağ Universiteti Tibb və sağlamlıq elmləri fakültəsinin yaradılmasında məqsəd tibb təhsilinin, tibbi tədqiqatların və xidmətlərin göstərilməsi sahəsində bacarıqları inkişaf etdirməkdir.
"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda konfransda altı ölkədən 70-dən çox iştirakçı var:
"İstəyimiz budur ki, müasir və aparıcı təcrübələrdən faydalanaraq Qarabağ Universitetində tibb fakültəsinin qurulması istiqamətindəki fəaliyyətlərimizi gücləndirək və yaşadığımız bölgədə tibb xidmətləri göstərək".
Rektor həmçinin bildirib ki, gələcək məqsədlərə tədris prosesinin və tibb təhsili sahəsində kurikulumların məzmununun qurulması, istifadə olunacaq tibbi texnologiyaların müəyyənləşdirilməsi, gələcəkdə aparılacaq tədqiqatları təyin etmək aiddir.
Oxşar xəbərlər
Qarabağ Universitetində beynəlxalq konfrans işinə başlayıb
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub
Rektor: Qarabağ Universiteti 1154 tələbə ilə fəaliyyətə başlayıb
Rektor: Qarabağ Universitetində yeni ixtisaslar və fakültələr yaradılacaq
Rektor: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
