Qarabağ Universitetində beynəlxalq konfrans işinə başlayıb
sizinxeber.az xəbər saytı

Qarabağ Universitetində beynəlxalq konfrans işinə başlayıb


Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.

"Report"un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda bir sıra xarici ölkənin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib:

"Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək".

Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir:

"Bu konfrans metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcək".

Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.

Oxşar xəbərlər

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub
Rektor: Qarabağ Universiteti 1154 tələbə ilə fəaliyyətə başlayıb
Rektor: Qarabağ Universitetində yeni ixtisaslar və fakültələr yaradılacaq
Rektor: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq
AİM-in rəhbəri: "Qarabağ Universiteti ilə elmi-tədqiqat laboratoriyalarının yaradılması planlaşdırılır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər